Modern.az

İki güləşçimiz Olimpiadada ¼ finala çıxıb

İki güləşçimiz Olimpiadada ¼ finala çıxıb

Aktual

5 Avqust 2012, 18:30

London Olimpiadası Azərbaycanın yunan-roma güləşçiləri üçün yaxşı başlayıb. Avqustun 5-də millimizin iki üzvü Rövşən Bayramovla Emin Əhmədov mübarizəyə başlayıb. 

55 kqçəki dərəcəsində mübarizə aparacaq Rövşən Bayramov 1/16 final mərhələsində rusiyalı Minqiyan Semyonova qalib gəlib. Daha sonra Rövşən amerikalı Tomas Manqoyu da məğlub edərək ¼ finala çıxıb. Yarımfinala çıxmaq üçün idmançımız çinli Li Şujini udmalıdır.

74 kq çəki dərəcəsində yarışan Emin Əhmədov isə mübarizəyə birbaşa 1/8 finaldan qoşulub. O, Neven Zuqayla (Xorvatiya) güləşib. Emin onu məğlub edib. İdmançımız ¼ finalda rəqibi gürcü Zurab Datunaşvilidi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı