Modern.az

Azərbaycan güləşçisi 1/2 finalda erməniyə uduzdu

Azərbaycan güləşçisi 1/2 finalda erməniyə uduzdu

Aktual

5 Avqust 2012, 20:28

London Olimpiadasında uğurla çıxış edən Azərbaycanın yunan-roma güləşçisi Emin Əhmədov da yarımfinala çıxdı.

74 kq çəki dərəcəsində  mübarizə aparan  Emin Əhmədov əsl əzmkarlıq nümayiş etdirib.
Belə ki, o, ¼ filada  gürcü Zurab Datunaşvili ilə  qarşılaşıb. Birinci hissədə gürcü idmançı güclü olub - 3:0. Amma ikinci hissədə Emin dönüş yaradaraq qalib gəlib - 3:0.
Üçüncü hissədə idmançımız əla çıxış edərək 4:0 hesabıyla inamlı qələbə qazanıb və yarımfinala yüksəlib. Onun yarımfinaldakı rəqib erməni idmançı Arsen Julfalakyand olacaq.

***

Çox təəssüf ki, Emin Əhmədov yarımfinalda erməni idmançısına 0:2, 0:3 hesabıyla uduzaraq, finala çıxa bilməyib.

Amma E.Əhmədov bir təsəlliverici görüşdə qələbə qazanmaqla Azərbaycana bürünc medal qazandıra bilər.

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı