Modern.az

Azərbaycan Olimpiadada 3-cü medalını qazandı - BÜRÜNC

Azərbaycan Olimpiadada 3-cü medalını qazandı - BÜRÜNC

Aktual

5 Avqust 2012, 23:58

Azərbaycanın yunan-roma güləşçiləri avqustun 5-də London Yay Olimpiya oyunlarında iki medal qazandılar.

55 kq-da mübarizə aparan Rövşən Bayramovun gümüş medal qazandığı barədə xəbər vermişdik.

Rövşənin ardınca daha bir güləşçimiz medala sahib oldu. 74 kq çəki dərəcəsində yarışan Emin Əhmədov yarımfinalda  erməni idmançı Arsen Julfalakyana uduzsa da, bir təsəlliverici görüşdə qələbə qazanmaqla Azərbaycana bürünc medal qazandıra bildi. Belə ki, o, Belarus idmançısı Aleksandr Kikinovu məğlub edə bildi. Güləşçimiz ilk hissədə ona uduzdu - 0:2. İkinci yarıda isə Emin bunun əvəzini çıxdı - 2:0. Üçüncü hissədə Emin qələbə qazandı - 1:0.

Beləliklə, Emin Əhmədov Azərbaycana 3-cü medal qazandırdı – BÜRÜNC.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı