Modern.az

Azərbaycan Olimpiadada 4-cü medal qazandı

Azərbaycan Olimpiadada 4-cü medal qazandı

Aktual

6 Avqust 2012, 09:40

Ötən gecə London Olimpiadasında boksçumuz Teymur Məmmədovdan uğurlu nəticə qeydə alınıb. O, 1/4 finalda Belarus idmançısı Sergey Korneyevlə qarşılaşıb.  

İdmançımız ilk raundda rəqibini 9:4 hesabıyla məğlub edib. İkinci raundda isə S.Korneyev üstün olub - 9:6. Son raunda yenə belaruslu idmançı qalib gəlib - 4:6. Yekun nəticədə 19:19 hesabı qeydə alınsa da, əlavə göstəricilərə görə, Teymur Məmmədov qalib elan olunub.
Nəticədə Teymur Məmmədov yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib. Bu, Azərbaycanın Olimpiadada 4-cü medalı olacaq...

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı