Modern.az

Olimpiadada daha iki güləşçimiz mübarizəyə qoşulur

Olimpiadada daha iki güləşçimiz mübarizəyə qoşulur

Aktual

6 Avqust 2012, 11:43

Bu gün XXX London Yay Olimpiadasında daha iki güləşçimiz döşək üzərinə çıxacaq. Modern.az-ın məlumatına görə, güləş yığmamızın üzvləri Həsən Əliyev (66 kq) və Saman Təhmasibi (84 kq) medal qazanmaq uğrunda mübarizə aparacaqlar. H.Əliyev mübarizəyə 1/8 finald mərhələsindən qatılacaq. Güləşçimiz norveçli Andre Berqe Stiqlə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Digər təmsilçimiz S.Təhmasibi də 1/8 finaldan yarışa start verəcək. Güləşçimiz ilk görüşündə Gürcüstan idmançısı Vladimir Gegeşidze ilə qarşılaşacaq. Bu görüş isə Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Londona 5 Yunan-Roma güləşçi ilə yollanan millimizin 2 təmsilçisi artıq çıxışlarını medalla başa vurublar. Rövşən Bayramov gümüş, Emin Əhmədov isə bürünc medal qazanmaqla Azərbaycan Olmipiya medallarını sayını 3-ə çatdırıblar.

Bundan başqa bu gün Yay Olimpiadasında daha bir boksçumuz rinqə çıxacaq. 91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov 1/4 final mərhələsində mübarizə aparacaq. İdmançımızın bu mərhələdəki rəqibi rusiyalı Məhəmməd Ömərov olacaq. Məcidov Ömərov səddini keçəcəyi təqdirdə ən azı bürünc medalı özü üçün təmin edəcək. Görüş Bakı vaxtı ilə saat 02:30-da başlayacaq.

Qeyd edək ki, Londona 8 boksçu ilə yollanan yığmamızın heyətində yalnız iki idmançı - Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov mübarizəni davam etdirir. Qalan 6 boksçu isə olimpiadanı medalsız başa vurublar. 

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı