Cari ilin I yarısında Yeni Azərbaycan Partiyasına (YAP) 20.559 nəfər üzv qəbul edilib.Modern.az hakim partiyanın rəsmi internet saytına istinadən xəbər verir ki, 1 iyul 2012-ci ilə olan məlumata görə YAP üzvlərinin sayı ümumilikdə 575.591 nəfər olub.
Qeyd edilib ki, müvafiq dövrdə partiya sıralarına qəbul olunanların 11 mindən çoxu (ötən ilin müvafiq dövründə bu rəqəm 9924 olub), yəni 53,5 faizi gənclər olubdur.
Modern.az