Modern.az

İki KİV Anar Məmmədovdan üzr istədi

İki KİV Anar Məmmədovdan üzr istədi

Aktual

6 Avqust 2012, 15:01

"Olaylar" agentliyi və "Bizim Yol" qəzeti təkzib veriblər

"Olaylar" İnformasiya Agentliyi və "Bizim Yol" qəzeti  “ZQAN Holding” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyiblər.
Modern.az xəbər verir ki, 2012-ci il avqustun 2-də Yasamal rayon məhkəməsində günorta saatlarına təyin edilmiş prosesdə "Olaylar" İnformasiya Agentliyi iddiaçının tələbini icra edərək “Təkzib” başlığı altında Anar Məmmədovdan üzr istənilməsi barədə yazının dərc olunduğu "Olaylar" qəzetinin 21-30 iyul nömrəsini təqdim edib. 

Bundan başqa "Bizim Yol" qəzeti tələbə əsasən, 19.06.2012-ci il tarixdə “Təkzib” başlığı altında üzr istəyərək müvafiq məlumat dərc etmişdir.

Qeyd edək ki, "Olaylar" İnformasiya Agentliyi və “Bizim Yol” qəzeti “Yevlax Avtovağzal” ASC ilə bağlı yazdıqları yanlış yazılarına görə üzr istəyiblər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı