Modern.az

“Qaradağ-BQZ” sementi Baş Prokurorluğun hədəfinə düşdü

“Qaradağ-BQZ” sementi Baş Prokurorluğun hədəfinə düşdü

Aktual

6 Avqust 2012, 16:21

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamalar aparıb 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti paytaxtda və bölgələrdə monitorinqləri davam etdirir. Monitorinqlər nəticəsində yenə də bir sıra sexlərdə standartlara uyğun olmayan fəaliyyət aşkarlanıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, monitorinq zamanı Bakı şəhərində fiziki şəxs Aqil Sultanova məxsus sexdə tort və pirojnalar, şərq şirniyyatları, keks və bulka məmulatlarının istehsalı texnoloji təlimat və resepturalar olmadan həyata keçirildiyi aşkar olunub. İstehsal olunan məhsulların təhlükəsizlik göstəricilərinin yoxlandığını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatlarının olmaması, istismar olunan ölçmə vasitələri qanunvericiliyin tələblərinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş istifadə olunduğu aşkar olunub.

Müəssisəyə baxış zamanı o da məlum olub ki, fiziki şəxs Xanağa Məlikova məxsus sexdə çörək, fiziki şəxs Elman Tarıverdiyə məxsus sexdə süd məhsulları qanunvericiliyin tələblərinə zidd olaraq texnoloji təlimat və reseptura olmadan istehsal olunur, markalanma normativ sənədlərin tələblərinə uyğun aparılmır, istismar olunan 13 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş istifadə olunur.

Abşeron rayonunda fiziki şəxs Yusif Şəfiyevə məxsus sexdə də “Abşeron broyler” əmtəə nişanlı toyuq içalatı və toyuq hissələri, becərilən təzə şampinyon və asılqal göbələklərinin də istehsalı standartlara uyğun aparılmaması aşkar edilib. Həmçinin müəssisədə istehsal olunan “Abşeron broyler” əmtəə nişanlı toyuq içalatına və toyuq hissələrinə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimatını olmaması, məhsullar sertifikat olmadan istehsal olunması, məhsulların sınaqları aparılmaması aşkar edilib. Bundan başqa, normativ sənədə əsasən broyler toyuq ətinin saxlama müddəti -12 dərəcə C-də 8 ay olduğu halda, məhsulun saxlama kamerasında temperatur göstəricisinin -8 dərəcə C olduğu aşkarlanıb. Məhsulun üzərində isə saxlama müddəti 12 ay göstərilib. Həmçinin becərilən təzə şampinyon göbələyinin saxlama müddəti standarta əsasən 2 gün olduğu halda, əsassız olaraq 10 gün göstərilib. Araşdırma zamanı məlum olub ki, müəssisədə laboratoriya yoxdur, hər hansı bir akkreditasiya olunmuş sınaq laboratoriyası ilə müqavilə bağlanılmayıb. Bu da onu deməyə əsas verir ki, məhsulların sınağı aparılmadan satışa çıxarılıb.

Lənkəran rayonunda da yoxlamalar aparılıb. Rayonda fiziki şəxs Ağababa Qasımova məxsus sexdə çörək istehsalı və satışı qadağan edilib, istehlakçıları çəkidə aldatdığına görə “Qaradağ Tikinti Materialları” ASC tərəfindən istehsal olunan və üzərində “Qaradağ-BQZ” əmtəə nişanı ilə satışa buraxılan sementlə bağlı toplanmış faktlar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı