Modern.az

Olimpiadaya daha iki güləşçimiz çıxdı - biri qalib, digəri məğlub oldu

Olimpiadaya daha iki güləşçimiz çıxdı - biri qalib, digəri məğlub oldu

Aktual

6 Avqust 2012, 18:17

Bu gün XXX London Yay Olimpiadasında daha iki güləşçimiz döşək üzərinə çıxıb. Modern.az-ın məlumatına görə, güləşçilərimizdən Həsən Əliyev (60 kq) və Saman Təhmasibi (84 kq) medal qazanmaq uğrunda mübarizə aparıblar. Yarışmaya 1/8 finaldan başlayan Həsən Əliyev bu mərhələdə norveçli Andre Berqe Stiqlə üz-üzə gəlib. Rəqibindən üstün olan H.Əliyev 1/4 finala adlayıb.  
1/4 finalda Cənubu Koreya güləşçisinə qalib gələn Həsən 1/2 finala çıxıb. Onun final yolundakı rəqib isə qonşu Gürcüstan təmsilçisi - Revaz Laşxi olub. Təəssüf ki, idmançımız bu gərgin görüşdən məğlub ayrılıb və qızıl medal şansını itirib. Amma o, hələ bürünc medal qazana bilər.

Digər təmsilçimiz Saman Təhmasibi də yarışa 1/8 finaldan qoşulub. Güləşçimiz ilk görüşündə Gürcüstan təmsilçisi Vladimir Gegeşidze ilə qarşılaşıb. Əlavə hissədə rəqibinə uduzan idmançımız elə ilk görüşündə mübarizəni dayandırıb.  

Xatırladaq ki, Londona 5 Yunan-Roma güləşçisi ilə yollanan millimizin 2 təmsilçisi artıq çıxışlarını medalla başa vurub. Bunlardan Rövşən Bayramov ölkəmizə gümüş, Emin Əhmədov isə bürünc medal qazandırıb.  

Modern.az
   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı