
Azərbaycan Milli Ordusu növbəti dəfə əsgər itkisi ilə üzləşib.
Modern.az xəbər verir ki, ölən əsgər Bəyov Teyfur Hacıkərim oğlu bu ilin aprel ayında hərbi xidmətə çağrılıb. Yaxınlarının saytımıza verdiyi məlumata görə, əsgər dünən axşam radələrində Mərkəzi Hərbi Klinik Hospitala gətirilib. Yaxınları onu aidiyyatı olmayan mayor tətəfindən gətirildiyi deyir. Ailə isə ölüm xəbərini səhərə yaxın alıb. Yaxınları Bəyovun ötən gecə təxminən axşam 23:00-da dünyasını dəyişdiyini deyirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Modern.az-a əsgərin ölüm faktını təsdiqləyib.
Rəis müavini bildirib ki, Naxçıvandakı N saylı hərbi hissənin əsgəri 1994-ci il təvəllüdlü aprel 2012-ci ildə Qusar rayonu Hərbi komisarlığından hərbi xidmətə çağırılan Bəyov Teyfur Hacıkərim oğlu vəfat edib.
Əsgər dünən Mərkəzi Hərbi Klinik Hospitalda böyrək çatışmazlığı xəstəliyindən dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Anar Kəlbiyev