Modern.az

Vakant dövlət qulluğu üçün yeni müsabiqə - SİYAHI

Vakant dövlət qulluğu üçün yeni müsabiqə - SİYAHI

Aktual

7 Avqust 2012, 11:17

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il 7 avqust tarixindən 64 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 702 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.

Komissiyadan Modern.az-a bildirilib ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 556-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 146-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə - 15 test tapşırığı;

2. qanunvericilik sahəsində - 40 test tapşırığı;

3. informasiya texnologiyaları sahəsində  - 15 test tapşırığı;

4.  məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqram və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini Komissiyaya təqdim etməlidirlər. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən müraciət formasında təhrif olunmuş məlumatlar verən namizədlər müsabiqədən kənarlaşdırılacaqlar.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 7 avqust 2012-ci il tarixli sayında və 7 avqust 2012-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az veriləcək.

Müsabiqəyə çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti orqanları, apellyasiya və birinci instansiya məhkəmə orqanları üzrə statistikası aşağıdakı cədvəllərdə verilib.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

 

1

Dövlət Sosial Müdafiə Fondu

112

84

2

Dövlət Statistika Komitəsi

84

 

3

Təhsil Nazirliyi

74

 

4

Gənclər və İdman Nazirliyi

61

 

5

Sənaye və Energetika Nazirliyi

39

 

6

Kənd Təsərrüfatı Nazirliyi

29

 

7

Mədəniyyət və Turizm Nazirliyi

27

 

8

Dövlət Dəniz Administrasiyası

27

 

9

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

21

 

10

Maliyyə Nazirliyi

18

 

11

Səhiyyə Nazirliyi

14

 

12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

12

 

13

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

8

 

14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

6

 

15

Satınalmalar üzrə Dövlət Agentliyi

6

 

16

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

5

 

17

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

4

 

18

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi

3

 

19

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

2

 

20

Milli Televiziya və Radio Şurası

2

 

21

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

2

 

 

Cəmi:

556

 

Müsabiqəyə vakant vəzifə təqdim edən məhkəmə orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1

Gəncə Apellyasiya Məhkəməsi

9

2

Şəki Apellyasiya Məhkəməsi

8

3

Gəncə şəhəri Nizami Rayon Məhkəməsi

8

4

Nəsimi Rayon Məhkəməsi

8

5

Cəlilabad Rayon Məhkəməsi

8

6

Bakı Apellyasiya Məhkəməsi

7

7

Şirvan Apellyasiya Məhkəməsi

6

8

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

6

9

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

6

10

Xətai Rayon Məhkəməsi

6

11

Xaçmaz Rayon Məhkəməsi

6

12

Şəki Ağır Cinayətlər Məhkəməsi

5

13

Gədəbəy Rayon Məhkəməsi

4

14

Yevlax Rayon Məhkəməsi

4

15

Şəki Rayon Məhkəməsi

4

16

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

3

17

Füzuli Hərbi Məhkəməsi

3

18

Abşeron Rayon Məhkəməsi

3

19

Mingəçevir Şəhər Məhkəməsi

3

20

Qusar Rayon Məhkəməsi

3

21

Şəmkir Rayon Məhkəməsi

3

22

Bakı Ağır Cinayətlər Məhkəməsi

2

23

Gəncə Ağır Cinayətlər Məhkəməsi

2

24

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

2

25

Ağdaş Rayon Məhkəməsi

2

26

Ağdam Rayon Məhkəməsi

2

27

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi

2

28

Salyan Rayon Məhkəməsi

2

29

Sabirabad Rayon Məhkəməsi

2

30

Samux Rayon Məhkəməsi

2

31

Qax Rayon Məhkəməsi

2

32

Qəbələ Rayon Məhkəməsi

2

33

Gəncə Hərbi Məhkəməsi

1

34

Ağcabədi Rayon Məhkəməsi

1

35

Ağstafa Rayon Məhkəməsi

1

36

Bərdə Rayon Məhkəməsi

1

37

Quba Rayon Məhkəməsi

1

38

Oğuz Rayon Məhkəməsi

1

39

Yasamal Rayon Məhkəməsi

1

40

Yardımlı Rayon Məhkəməsi

1

41

Lerik Rayon Məhkəməsi

1

42

Şamaxı Rayon Məhkəməsi

1

43

Şabran Rayon Məhkəməsi

1

 

Cəmi:

146

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı