Modern.az

Olimpiada-2012-nin 20 ən varlı idmançısı – SİYAHI

Olimpiada-2012-nin 20 ən varlı idmançısı – SİYAHI

Aktual

7 Avqust 2012, 16:50

 

Londonda keçirilən Olimiya Oyunlarının ən varlı idmançıları siyahısına son ildə gəliri 53,4 milyon dollar təşkil edən tennisçi Rodjer Federer başçılıq edir. ”Grand  slam” tennis turnirinin 17 dəfə qalibi olmuş idmançı 237 həftə 1 nömrəli tennisçi statusunu qoruyub saxlayıb.


 

Siyahıda ikinciliyi bu ilki gəliri 53 milyon dollar olan 27 yaşlı amerikalı basketbolçu Lebron Ceyms tutur. Basketbolçu 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında  ABŞ yığma komandasının tərkibində oynamış və Olimpiya çempionu olmuşdu.

 

Üçüncü yerdə ABŞ yığma komandasının daha bir basketbolçusu Kobe Brayant gəlir. Onun gəliri 52,3 milyon dollar təşkil edir. Kobe Brayant Milli Basketbol Assosiyasiyasının 2007–2008–ci illərdə ən bahalı oyunçusu olmuş və ABŞ yığma komandasının tərkibində 2008–ci ildə Pekində keçirilən Olimpiya oyunlarında çempionluq qazanmışdı.

 

Tennisçi Mariya Şarapova öz gəlirinə görə üçlükdən kifayət qədər geridə qalır. Rusiyalı tennisçinin son ildə gəliri 27, 1 milyon dollar olub. 25 yaşlı Mariya Şarapova Rusiyanı ən zəngin idmançılar siyahısında təmsil edən yeganə şəxsdir. Şarapova tennis üzrə “Grand slam” turnirinin 4 qat çempionudur.

 

Siyahıda beşinci olan 23 yaşlı basketbolçu Kevin Durantın gəliri 25,5 milyon dollardır. Kevin Durant 2012 – ci ildə Milli Basketbol Assosiyasiyasının  ən bahalı oyunçusu seçilib.

 

Siyahıda altılığı qapayan idmançı Entoni Karmelo ötən il 22,9 milyon dolllar gəlir əldə edib. ABŞ yığma komandasının üzvü Pekin Olimpiya oyunlarında çempion olmuşdu.

 

Ən çox gəlir əldə edən növbəti idmançı 2012–ci ildə qısa məsafəyə qaçış üzrə (sprinter) çempion yamaykalı Useyn Boltdur. Bu siyahıda Bolt yeddiliyi tamamlayır. Onun gəliri 20,3 milyon dollardır.


Serbiyalı təmsilçi Novak Djokoviç artıq birinci dəfə deyil ki, ən varlı idmançılar sırasına daxil olur. Siyahıda səkkizinci olan tennisçinin gəliri ötən il 19,8 milyon dollar olub.

“Los-Ancels” (ABŞ) komandasının basketbolçusu Kris Pol ötən il 19,2 milyon dollar əldə edib. 27 yaşı olan gənc basketbolçu siyahıda doqquzuncudur.

 

2012–ci Olimpiya oyunlarının ən zəngin idmançıları siyahısında çinli Li Na növbəti yerdə gəlir. 30 yaşlı tennisçinin gəliri 18,4 milyon dollar olub.

 

Basketbolçu Deron Uilyams reytinq cədvəlində 11–cidir. 33 yaşlı basketbolçunun aktivində 18, 2 milyon dollar var. ABŞ yığma komandasının tərkibində çıxış edən  Deron Uilyams Pekin  Olimpiadasında çempion olub.

 

İspaniyanı təmsil edən “Los–Ancels Leykers” komandasının üzvü Po Qazol bu siyahıda 12–cidir. Onun gəliri 17, 2 milyon dollar təşkil edir. 32 yaşlı basketbolçu Po Qazol 2008–ci ildə Pekin Olimpiya oyunlarında gümüş medal qazanıb.

 

“Tennisçi Serene Uilyams 16,3 milyon dollar gəlirlə siyahıda 13–cüdür. Serene Uilyams həm də dünyanın ən zəngin tennisçiləri sırasına daxildir.


14 cü yerdə 13,7 milyon dollar gəlirlə 22 yaşlı tennisçi Karolina Voznyatskidir.


13,1 milyon dollar gəliri olan Toni Parker bu siyahıda 15–ci yeri tutur. 30 yaşlı basketbolçu Fransa yığma komandasının tərkibində çıxış edir.

 

25 yaşlı Böyük Britaniya təmsilçisi, tennisçi  Endi Marrey ötən il 12 milyon dollar qazanıb.  O, siyahıda 16–cı yeri tutur.

 

 

Emanuel Cenobili 11,5 milyon dollar gəlirlə bu siyahıda 17–ci yeri tamamlayır. 34 yaşlı argentinalı basketbolçu 2004–cü ildə Afina Olimpiadasının, 2008–ci ildə isə Pekin Olimpiya oyunlarının bürünc medalını qazanıb.

 

Basketbolçu Andre İqudalanın aktivində 11,4 milyon dollar var. Gəlirinə görə, o, 18–ci yerdədir və ABŞ yığma komandasının tərkibində çıxış edir.

 

Digər amerikalı basketbolçu, illik gəliri 11 milyon dollar olan 29 yaşlı Tayson Çendler növbəti yerdə qəararlaşıb.

 

2012–ci il Olimpiya oyunlarının 20  ən zəngin idmançısı siyahısını basketbolçu Mark Qazol tamamlayır. 27 yaşlı idmançı ötən il 10, 9 milyon dollar gəlir əldə edib. İspaniyalı Mark Qazol 2008–ci ildə Pekində keçirilmiş Olimpiya oyunlarının gümüş medalına layiq görülüb.

 

Aygün ASİFQIZI

      
   
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı