Modern.az

Rusiya və Ermənistan prezidentləri bu gün Qarabağdan danışacaqlar

Rusiya və Ermənistan prezidentləri bu gün Qarabağdan danışacaqlar

Aktual

8 Avqust 2012, 12:29

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyanın görüşü keçiriləcək. Modern.az “Armenia Today” saytına istinadən bildirir ki, görüş çərçivəsində siyasi, humanitar, ticarət və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.  Eyni zamanda danışıqlarda Qafqazda təhlükəsizlik və sabitliyin qorunması məsələlərinin müzakirə olunacağı gözlənilir.

  Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qriqori Karasin bildirib ki, Rusiya 2012-2013-cü illərdə Dağlıq Qarabağ probleminin nizamlanacağına ümid edir. O qeyd edib ki, Azərbaycan və Ermənistan MDB məkanında Rusiyanın yaxın əməkdaşları hesab olunur:

“Biz İrəvan və Bakı ilə əlaqələrimizi qiymətləndiririk və Dağlıq Qarabağ problemində hər iki tərəfin mövqelərini yaxınlaşdırmaq üçün hər şey edirik. Bu olduqca çətin və öz kökü, tarixi olan qarışıq məsələdir. Düşünürəm ki, həmişəki kimi bütün gücləri Minsk qrupuna cəmləmək lazımdır. Minsk Qrupunun üzvləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməklə onlara məsələnin həlli istiqamətinin tapılması üçün yardım edirlər. Biz bu fəaliyyəti dəstəkləyirik və hesab edirik ki, yaxın müddətdə məsələ öz həllini tapacaq.   Hərdən bu Azərbaycan və Ermənistandakı seçki dövründən də asılıdır. Səbəbləri də məlumdur. Biz ümid edirik ki, 2012-2013-cü illərdə biz durduğumuz yerdən hərəkət edəcəyik”, – deyə Q. Karasin əlavə edib.  

Aytən Əliyeva
 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan