
Azərbaycan Respublikasının keçmiş iqtisadiyyat naziri, Hesablama Palatasının ilk sədri, tanınmış dövlət xadimi Namiq Nəsrullayev Modern.az saytının “Sabiqlər” rubrikasında qonaq olub.
Saytımıza müsahibəsində vaxtilə hakimiyyətin nüfuzlu məmurlarından olmuş N.Nəsrullayev bir sıra maraqlı məqamlara toxunub:
- Səhhətimdə problem var... Bakıda çox az oluram...
- Bir gün Heydər Əliyev məni çağırdı ki, bizdə maliyyə nəzarəti yoxdur...
- Elə suallar olurdu ki, bilmirdik ona necə cavab verək...
- Mən bunların içindən çıxmışam və hamısını görürəm... Məsuliyyət onu edənlərdədir...
- Ölkədəki korrupsiyaya mənim öz baxışım var...
- Nə məhkəmədən qorxan var, nə də...
- Vəzifəyə qoyulanda gördülər ki, mən partiyanın üzvi deyiləm...
- Bəli, mənə çox olub ki, rüşvət təklif edirdilər...
- Azərbaycanda vəzifədə olanların ayrı söhbəti olmur, özlərindən danışırlar...
Namiq Nəsrullayevlə müsahibə tezliklə Modern.az saytında yerləşdiriləcək...
Modern.az