Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.
Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.
Beləliklə, Azərbaycanın Latviyadakı səfirini tanıyırsınızmı?
Azərbaycan Respublikasını Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov 1964-cü il, yanvarın 4-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1985-1986-ci ildə orta məktəblərin birində tarix müəllimi işləyib.
1992-1993-cü illərdə Respublika Uşaqlar İttifaqı, Azərbaycan Gənclər İttifaqının Mərkəzi Komitəsində təlimatçı kimi çalışıb.
1993-1996-cı illərdə Xarici İşlər Nazirliyində ikinci katib, MDB və Şərqi Avropa şöbəsinin müdiri olub. 1997-2000-ci illərdə Azərbaycanın Ukrayna Respublikasındakı səfirliyinin müşaviri vəzifəsində çalışıb.
2001-2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İnsan resursları şöbəsinin müşaviri, 2004-2005-ci illərdə Azərbaycanın Ukrayna Respublikasındakı səfirliyinin müşaviri, GUÖAM ofisinin əlaqələndiricisi, 2005-2010-ci illərdə Azərbaycanın Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri işləyib.
2010-cu ildən indiyə kimi Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir. Rus, ingilis, bolqar dillərini bilir.
Evlidir, bir qızı var.
Nihadə Eyyubova