Modern.az

Renault Koleos - mühit fərqi tanımayan krossover

Renault Koleos - mühit fərqi tanımayan krossover

Aktual

8 Avqust 2012, 15:21


Azərbaycanda yenilənmiş Renault Koleos modelinin satışlarına start verilib. Avtomobil cazibəli görkəm və yüksək komfort səviyyəsi ilə seçilir. Baza komplektasiyasında avtomobilin qiyməti – 27 100 manatdır. Zəmanət – 3 il və ya 100 000 km yol qəti təşkil edir. Model, şirkətin Cənubi Koreyanın Pusan şəhərində yerləşən və məhsullarının yüksək keyfiyyəti ilə tanınan Renault Samsung Motors müəssisəsində istehsal olunur.


Azərbaycan müştərilərinə Koleos benzin mühərrik – 2,5 l, 175 a.g., dördpilləli avtomatik transmissiya ilə, start qiyməti 27 100 və 27 900 manat olmaqla təklif olunur. Model “Dynamique Comfort” və “Luxe Privilege” komplektasiyalarında təqdim edilir.

Renault Koleos beş qitənin, təxminən, 40 ölkəsində satılır. Bu ilk avtomobildir ki, istehsalında Alyansın müştərək təcrübəsi irimiqyaslı şəkildə həyata keçirilir. Bütün dünyada şöhrət qazanmış Koleos, krossover seqmentində mövqeyini möhkəmləndirməyə nail olub, xüsusən Çin və Latın Amerikasında. Avropa bazarında model, həmçinin, özünü təsdiq etməyə müvəffəq olub.

“Renault Koleos modelinin Azərbaycan bazarına daxil olmasına görə çox məmnunuq. Əminik ki, Avropada şöhrət qazanmış və yenilənmiş model, yerli avtomobil həvəskarlarının rəğbətini qazanacaq. Yeni Koleos sayca altıncı Renault modelidir ki Azərbaycan bazarında təmsil olunur. Model sıramız Azərbaycanda genişlənməkdə davam edir”, - Renault Avrasiya Baş direktorunun müavini Deni Le Vot qeyd edib.

Yenilənmiş dizayn: tərzli və yadda qalan

Renault Koleos-un ön hissəsi bir sıra mühüm dəyişikliklərə məruz qalıb. Renault embleminin hər iki tərəfində artıq yeni, ensiz fənərlərlə birgə xromlaşdırılmış radiator barmaqlıqları yer alır. Yan aynalar isə işıq diod işarələri ilə təchiz olunub.

Bundan əvvəlki versiyadan avtomobilə uca klirens, qabarıq təkər arkaları və özünəməxsus disklər miras qalıb. Yeni Renault Koleos, eyni zamanda, yeni boyama rəngi qazanıb. Artıq müştərilər yeni “Orange Cayenne” rəngli avtomobili əldə edə bilərlər.

Renault mütəxəssisləri salonun keyfiyyətlə işlənib düzəlməsinə xüsusi önəm veriblər: yeni üz çəkmə materialları, alət paneli və işıqlandırılma, spidometr və cihaz panellərinin üslublu görünüşü və s.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan