Modern.az

”Azərsu”dan xəbər var - Bakının 4 rayonunun içməli suyu kəsiləcək

”Azərsu”dan xəbər var - Bakının 4 rayonunun içməli suyu kəsiləcək

Aktual

8 Avqust 2012, 18:37

Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli magistral su xəttində təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar avqustun 8-də axşam saatlarından başlayaraq avqustun 10-dək paytaxtın Binəqədi rayonunun Binəqədi kəndinə, 7-ci və 8-ci  mikrorayonlara, Nərimanov rayonunun Ə. Rəcəbli, Z. Bünyadov, Ə. Əliyev, Aga Neymətulla, N. Hacıyev,  H. Mirzəyev, Z. Xəlilov, Təbriz, R. Şıxəliyev küçələrinə, eləcə də Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq. Bu barədə Modern.az-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan