Modern.az

700 bal toplayan bütün abituriyentlər Modern.az-a toplaşacaq

700 bal toplayan bütün abituriyentlər Modern.az-a toplaşacaq

Aktual

9 Avqust 2012, 11:44

2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan 5 abituriyent sabah Modern.az saytının redaksiyasında olacaq.

Modern.az xəbər verir ki, bu il qəbul imtahanlarında rekord nəticə göstərən 5 abituriyentin deputatlarla geniş görüşü təşkil ediləcək. Görüş Parlament Jurnalsitlər Birliyinin təşəbbüsü ilə keçirilir. Görüşün təşkil edilməsində məqsəd ölkədə yüksək nəticə göstərən şagirdləri cəmiyyətə təqdim etmək, onların təbliğini aparmaq və gələcəkdə ali məktəblərdə təhsil almaq istəyən abituriyentləri daha da həvəsləndirməkdir.

Qeyd edək ki, II qrup üzrə iki nəfər Qazax rayonun Ürkməzli kənd sakini Orxan Səfərov, Türkiyə Diyanət Vəqfi  Bakı Türk Liseyinin məzunu  Nərgiz Məzahirqızı, III qrup üzrə Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva, IV qrup üzrə Türkiyə Diyanət Vəqfi  Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı 700 bal toplayaraq bu il ən yüksək nəticə göstəriblər.

Aytən ƏLİYEVA
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı