Modern.az

Müharibə veteranları haqqında yeni qanun layihəsi hazırlanacaq

Müharibə veteranları haqqında yeni qanun layihəsi hazırlanacaq

Aktual

9 Avqust 2012, 14:16

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Prezident yanında Qeyri-Hökümət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədən zərər çəkənlərin qruplaşdırılmış statistikasının yaradılması” adlı layihəyə dair mətbuat konfransı keçirib.
”Trend”in mətbuat zalında keçirilən tədbirdə birliyin nümayəndəsi Vahid Əbdürrəhmanov bildirib ki, QHT Şurasından başqa heç bir donor təşkilatı bu sahənin araşdırılmasına hər hansı dəstək göstərmir və maliyyə ayırmır.  

V.Əbdürrəhmanov deyib ki, layihənin əsas məqsədi müharibədən zərər çəkmiş qrupların (qaçqınların, məcburi köçkünlərin, müharibə əlillərinin, müharibə veteranlarının və şəhid ailələrinin) statistikasını aparmaq, statistik göstəricilərlə bağlı xüsusi nəşrlər hazılayaraq,  müxtəlif dillərə tərcümə edib diplomatik nümayəndəliklərə, xarici şirkətlərə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaqdır. Onun sözlərinə görə, bu məqsədlə təcrübəli işçi heyəti formalaşdırılıb, müvafiq işlər görülüb. Layihənin icra planına uyğun olaraq Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Ağdaş, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir və digər rayonlarında araşdırmalar aparılıb.
Layihənin yekunu olaraq veteranlar haqqında yeni qanun layihəsi hazırlanacaq, müvafiq qurumlardan rəy alındıqdan sonra aidiyyatı dövlət strukturlarına təqdim ediləcək.



T.Salehli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı