Modern.az

“Hər qrupdan 25 tələbə prezident təqaüdü alacaq"

“Hər qrupdan 25 tələbə prezident təqaüdü alacaq"

Aktual

10 Avqust 2012, 12:00
2012/2013-cü tədris ili üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrinə görə, hər qrup üzrə ən yüksək bal toplayan 25 abituriyent Prezident təqaüdü alacaq. Modern.az xəbər verir ki, bunu Tələbə qəbulu üzrə Dövlət Komisssiyasının sədri Məleykə Abbaszadə avqustun 10-da keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, qruplar üzrə ballar bir-birindən fərqli olduğundan ola bilsin ki, bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alsın.

Abbaszadə qeyd edib ki, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər avqustun 17-dən sonra TQDK-nın saytında və yaxud "Abituriyent" jurnalında mövcud olan ərizəni dolduraraq özləri barədə məlumat göndərməlidirlər.  

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı