Modern.az

700 bal toplayan abituriyentlər Modern.az-a toplaşdı - FOTOLAR

700 bal toplayan abituriyentlər Modern.az-a toplaşdı - FOTOLAR

Aktual

10 Avqust 2012, 13:05

Tədbirdə deputatlar rekordçulara öz tövsiyələrini verdilər


Bu gün Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Modern.az saytının ofisində 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan 5 abituriyentin deputat və jurnalistlərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı rekord nəticə göstərən abituriyentləri təbrik edib. Daha sonra deputatlar çıxış ediblər.

Millət vəkilləri Sahibə Qafarova, Fuad Muradov, Rövşən Rzayev öz növbələrində gələcək tələbələri təbrik edib

Öncə deputat Sahibə Qafarova bir müəllim və ana kimi gələcək tələbələrə öz tövsiyələrini verib. O bildirib ki, 700 bal toplamış 5 gəncin həm Azərbaycanda, həm də xaricdə təhsil almaq seçimləri var.

“Dövlət bunun üçün onlara şərait yaradır. Və qeyd etmək istəyirəm ki, onlar dünyanın harasında olurlarsa, olsunlar Qarabağı heç vaxt unutmasınlar”.

Millət vəkili Rövşən Rzayev isə onlara daim başqa ölkələrdə də Azərbaycanın ərazi bütövlüyünü təbliğ etməyi məsləhət görüb.

Deputat Fuad Muradov isə Prezident İlham Əliyevin təhsilimizə olan diqqət və qayğısından danışıb. O bildirib ki, əvvəlki illərlə müqayisədə bu gün gənclərə diqqət xeyli artıb.  
“Dövlətin sizdən istəyi odur ki, hər zaman belə təhsilli, savadlı gənclərimiz olsun. Mənim isə ən əsas xahişim odur ki, dövlətçiliyimizi, Azərbaycan vətəndaşı olmağınızı göz önünə alasınız”.

Qeyd edək ki, II qrup üzrə iki nəfər Qazax rayonun Ürkməzli kənd sakini Orxan Səfərov, Türkiyə Diyanət Vəqfi  Bakı Türk Liseyinin məzunu  Nərgiz Məzahirqızı, III qrup üzrə Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva, IV qrup üzrə Türkiyə Diyanət Vəqfi  Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı 700 bal toplayaraq bu il ən yüksək nəticə göstəriblər.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu dəvət üçün təşəkkür edərək bildirib ki, o, öz tələblərindən daha çox Qaxazlı abituriyentin uğuruna sevinib.

“Kənd məktəblərindən belə savadlı gənclərin çıcxması sevindirici haldır.  Keçən il Şəki rayonunda da belə bir hadisə olmuşdu. Təbii ki, 700 bal toplamaq çətin bir işdir. Amma ən əsası odur ki, dövlətin dəyərlərini qoruyub saxlayasan, dövlətə layiqli bir gənc olaraq yetişəsən. Harada oxuyursansa oxu, əsas odur ki, sonda öz dövlətinə xidmət edəsən”.

Tədbirin sonunda 700 bal toplayan hər bir abituriyentə hədiyyə və mükafatlar təqdim olundu. Orta Doğu Texniki Universitetinin (ODTU) xarici əlaqələr şöbəsinin nümayəndəsi Maksim Zayed də öz növbəsində gələcək tələbələrə hədiyyələr verib.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı