Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının "play-off" mərhələsinin püşkü atılıb.
Püşkatma nəticəsində Azərbaycanın "Neftçi" klubunun rəqibi də müəyyənləşib. "Neftçi"nin Avroliqanın "play-off" mərhələsindəki rəqibi Kiprin "Apoel" klubu olacaq. İlk oyun avqustun 23-də səfərdə, cavab matçı avqustun 30-u Bakıda olacaq.
"Play-off" mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə bir həftə sonra 28-29 avqustda keçiriləcək.
“Bazel” (İsveçrə) - "ÇFR Kluj" (Rumıniya)
“Helsinqborq” (İsveç) - “Seltik” (Şotlandiya)
BATE (Belarus) - “Hapoel” (Kiryat-Şmona, İsrail)
“Dinamo” (Xorvatiya) - “Maribor” (Sloveniya)
AEL (Kipr) - “Anderlext” (Belçika)
“Braqa” (Portuqaliya) - “Udineze” (İtaliya)
“Spartak” (Moskva, Rusiya) - “Fənərbaxça” (Türkiyə)
“Malaqa” (İspaniya) - “Panatinaikos” (Yunanıstan)
“Borussiya” (Mönhenqladbax, Almaniya) - “Dinamo” (Ukrayna)
“Lill” (Fransa) - “Kopenhagen” (Danimarka)