Modern.az

Azərbaycanın Olimpiadadakı medalları artdı

Azərbaycanın Olimpiadadakı medalları artdı

Aktual

11 Avqust 2012, 09:56

Azərbaycan boks yığmasının üzvü Teymur Məmmədov (91 kq) London Yay Olimpiadasında italiyalı Klemente Russoya qarşı keçirdiyi yarımfinal görüşündə məğlub olsa da, bürünc medal qazanıb. Teymur ilk iki raundda uğur qazanıb - 3:2, 6:4. İkinci raundda rəqibini iki dəfə noqdauna salıb. Amma üçüncü raundda Teymur 4:9, ümümi nəticədə isə 13:15 hesabı ilə məğlub olaraq finala çıxa bilməyib və bürünc medal alıb.

Digər təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarımfinalda İtaliya təmsilçisi ilə qarşılaşıb. Boksçumuz italiyalı Roberto Kammarelli ilə bacara bilməyib.

İlk raund Məcidovun üstünlüyü ilə başa çatıb - 6:4. İkinci raundda bir qədər zəif təsir bağışlayan boksçumuz üstünlüyünü əldən verib - 10:10. Üçüncü raundda rəqibinə 13:12 hesabı ilə uduzan Məcidov olimpiadanı bürünc medalla başa vurub.
Bu Azərbaycanın olimpiadada qazandığı 7-ci medal olub.

Qeyd edək ki, Azərbaycan Londona 8 boksçu ilə yollanmışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı