Modern.az

Bakıda PKK-ya qarşı aksiya keçirilib - FOTOLAR

Bakıda PKK-ya qarşı aksiya keçirilib - FOTOLAR

Aktual

11 Avqust 2012, 20:56

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında həmrəylik aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd son zamanlar qardaş Türkiyədə PKK terror təşkilatının  həyata keçirdiyi terror aktlarını qınamaq olub. Aksiya Mustafa Kamal Atatürkün abidəsini ziyarətlə başlayaraq daha sonra səfirliyin önünə doğru yürüş keçirilib.
Yürüş içtirakçıları “Azərbaycan-Türkiyə!”,”Türkiyə səninlə qürur duyuruq!”, “PKK-ya ölüm!”, “PKK- erməni dostluğuna ölüm!” şüarları səsləndirilib. 

Modern.az-ın məlumatına görə, BDM-in aparat rəhbəri Samir Adıgözəlli çıxışında qeyd edib ki, PKK teror təşkilatını dünyanın bəzi aparıcı gücləri silahla təmin edirlər. Onların məqsədi Türkiyəni parçalamaqdır. 

Daha sonra çıxış edən İsmayıl Ağayev Azərbaycan dövlətinin və xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu və bundan sonra da hər cür dəstəyini əsirgəməyəcəyini qeyd edib.

Aksiyada iştirak edən BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyev çıxışında  PKK-nın  terror olaylarını şiddətlə qınayaraq, dünyanın bütün yerlərində Azərbaycan və türk diaspor təşkilatlarının bu hadisələrə qarşı birgə mübarizəsini vurğulayıb. 

Sonda aksiyanın qətnaməsi oxunaraq səfirliyin nümayəndəsinə təqdim olunub. Həmrəylik aksiyasında DAK və ASİM-DER Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Qarabağ veteranları və QHT nümayəndələri iştirak edib. Həmrəylik aksiyası insidentsiz başa çatıb.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı