Gürcüstanda Azərbaycan gəncləri bir araya gəliblər. Məqsəd Gürcüstanda azərbaycanlı gənclərin assambleyasını yaratmaq olub. Bu məqsədlə təşkil olunan təsis konfransında Azərbaycandan da qonaqlar iştirak edib. Tədbirdə iştirak edən İpək yolu Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov gəncləri bu təşəbbüs münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan gənclərinin dünyanın bütün ölklərində təşkilatlanması ölkəmizin inkişafı naminə atılan addımdır. Daha sonra F.Muradov gənclərə yeni yaranmış İpək yolu Beynəlxalq Gənclər İttifaqı barədə məlumat verib. Millət vəkili qeyd edib ki, məhz bu beynəlxalq təşkilat vasitəsilə Azərbaycan gənclərinin dünyaya inteqrasiyası daha da güclənəcək.
Daha sonra tədbirdə çıxış edənlər gənclərin daim bir arada sıx birləşməsinin vacib amil olduğunu vurğulayıblar.