Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan prezidenti enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmini qeyd edib.
Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın ölkəmizə səfərinin bu sahədə görülən işlərin təhlili və yeni layihələrin tərtibi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Türkiyə Respublikasının iqtisadiyyat naziri Zəfər Çağlayan Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsində dövlət və hökumət başçılarının verdiyi tövsiyələrin önəmini vurğulayıb.
Dövlət başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.
Modern.az