Müsavat Partiyasının başqanı, İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü İsa Qəmbər Şimali Qafqaza gedib.
Partiyadan APA-ya verilən məlumata görə, İ. Qəmbər həyat yoldaşı Aidə Qəmbərlə birlikdə Kislovodsk da daxil olmaqla, Şimali Qafqazın bir neçə müalicəvi-kurort şəhərində dincələcək. Partiya başqanının müalicə olunacağı da bildirilir.
Bununla belə, Müsavatdan o da bildirilib ki, İ. Qəmbərin səhhətində ciddi problem yoxdur.
Müsavat başqanına yaxın olan və adının çəkilməsini istəməyən mənbə bildirib ki, əslində İsa Qəmbərin səhhətində heç bir problem yoxdur və o, sanatoriyaya yalnız həyat yoldaşını müşayiət etmək məqsədilə gedib.
Modern.az