“Yeni Musavat” qəzeti və “musavat.com” saytı ulduz falından imtina edib. Artıq bir neçə həftədir ki, həm qəzetdən, həm də saytdan qoroskop bölməsi çıxarılıb.
“Musavat.com”un redaktoru Xalid Kazımlı
Modern.az saytına əvvəlcə özünün bu haqda məlumatsız olduğunu qeyd edib. Daha sonra isə “Yeni Musavat” üçün ulduz falı yazan astroloq Səbuhi Rəhimlinin məzuniyyətdə olması səbəbindən həm saytdan, həm də qəzetdən qoroskopun yığışdırıldığını bildirib.
“Səbuhi Rəhimli məzuniyyətdə olduğu üçün bu yer boş qalıb. O, avqustun ikinci yarısından sonra gələcək və yenidən ulduz falı bölməsi bərpa olunacaq. Yəni yay mövsümü ilə əlaqədar yaranan bir haldır”.
Aytən ƏLİYEVA