
Bu gün Azərbaycanın ən böyük idman kompleksinin - Tofiq Bəhramov adına Respublika Stadionunun təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi keçiriləcək. Bu barədə Modern.az saytına açıqlamasında stadionun direktoru Akif İsmayılov məlumat verib.
Stadionun direktorunun sözlərinə görə, açılış mərasimi gün ərzində təşkil olunacaq.
“Arenada son texniki tamamlama işləri gedir. Böyük bir tədbir olmayacaq. Prezidentin iştirakı ilə stadionun açılışı mərasimi olacaq. Açılış mərasimindən sonra stadion oyunlar üçün komandaların ixtiyarına veriləcək”.
Anar Kəlbiyev