Modern.az

2 yaşlı “Qafqazinfo”nun redaktoru: “Yeni saytlar bizə oxşamağa çalışır”

2 yaşlı “Qafqazinfo”nun redaktoru: “Yeni saytlar bizə oxşamağa çalışır”

Aktual

16 Avqust 2012, 13:33

Bu gün “Qafqazinfo.az” saytının 2 yaşı olur. Saytın redaktoru Elnur Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, “Qafqazinfo” hazırda Azərbaycanda №1-dir. Onun sözlərinə görə, kifayət qədər oxucuları var:

“Heç kimin verə bilmədiyi xəbərləri biz verə bilirik. Amma bununla kifayətlənmək niyyətində deyilik. Yeni layihələr nəzərdə tutmuşuq, yeni əməkdaşlar dəvət edirik. Eləcə də redaksiyanın daxilində yerdəyişmələr edirik ki, daha da yaxşı olsun. Çalışırıq ki, oxucuların başqa yerdə oxuya bilmədiyi xəbərləri bizim saytda oxusunlar”.

E.Məmmədli iki il müddətində Azərbaycanda internet mediaya baxışı dəyişə bildiklərini söyləyib.

“Yəni internet media standart olmamalıdır, yazılı mətbuatdan fərqlənməlidir. Biz bunu da bacardıq. Son vaxtlar yaranan saytlara da əgər fikir versəniz, görərsiniz ki, bizə oxşamaq istəyirlər”.

APA-dan çıxmaqlarına peşman olmadıqlarını bildirən redaktor qeyd edib ki, Vüsalə Mahirqızı ilə münasibətlər əvvəlki kimi qalıb: “Hörmətimiz qarşılıqlıdır”.

Saytın dizaynında xırda dəyişiklik olacağını deyən E. Məmmədli bildirib ki, məşhur jurnalistlərdən sayta heç kimi dəvət etmirlər.

“Çünki biz ancaq gənclərlə işləyirik. Köhnələr özlərini doğrulda bilmirlər. Mən bir neçə ildi  müşahidə aparmışam və görürəm ki, xanım jurnalistlər daha uğurlu olur. Buna görə də bizim kollektivin əksəriyyəti xanımlardır”.

Redaktor 2 yaşlarını öz əməkdaşları arasında keçirəcəklərini söyləyib.

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı