Bu gün Azərbaycanın ən böyük idman kompleksinin - Tofiq Bəhramov adına Respublika Stadionunun təmir və yenidənqurma işlərindən sonra açılışı olub.
Modern.az xəbər verir ki, prezident İlham Əliyevin iştirakı ilə stadionun açılışı mərasimi keçirilib. Bundan başqa mərasimdə idman ictimaiyyətinin bir sıra tanınmış nümayəndələri də iştirak edib.
Qeyd edək ki, əsaslı təmirdən sonra arena komandaların ixtiyarına veriləcək. Stadionun azarkeş tutumu artırılaraq 33 min nəfərə çatdırılıb.
Modern.az