
Bu gün Facebook sosial şəbəkəsində Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun metroda sərnişinlər arasında olduğunu əks etdirən şəkili paylaşılıb. Şəkildən göründüyü kimi T.Əhmədov qatarda ayaqüstə sərnişinlərlə birgə gedir.
Modern.az-ın əməkdaşı Tağı Əhmədovun özü ilə əlaqə saxlayaraq, bu günkü reydi ilə bağlı açıqlama istəyib. Saytımıza açıqlamasında T.Əhmədov bildirdi ki, bu, birinci dəfə deyil, belə reydlərə çıxır. Metropoliten rəisinin sözlərinə görə, o, tez-tez sərnişinlərlə birlikdə metrodan istifadə edir:
.
“Burada qeyri-adi heç nə yoxdur. Həmişə insanların arasında oluram”.
Metrodan istifadə edən sərnişinlərlə ünsiyyətinə gəlincə, T.Əhmədov onlardan razılığını bildirdi.
“Əlbəttəki insanlardan razıyam. Onlardan razı olmasam, metroya gəlməzlər və 20 qəpik də gedişhaqqı ödəməzlər”.
Anar Kəlbiyev