Avqustun 20-də Marneulidə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Ali Məclisinin növbdənkənar iclası keçirilib. İclasda Gürcüstanda keçiriləcək parlament seçkiləri və ictimai-siyasi durum müzakirə edilib. Həmçinin Ali Məclis iki təşkilati məsələyə baxıb. Ali Məclis GAMA prezidenti Süleyman Əliyevin vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul edib. Gizli səsvermə zamanı Tamir Süleymanov Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) yeni prezidenti seçilib.
Bu barədə Modern.az-a GAMA-dan məlumat verilib.
Həmçinin GAMA Ali Məclisinin sədri Əsəd Əliyev Ali Məclisin sədri vəzifəsindən azad edilib. Səsvermə zamanı GAMA baş katibi vəzifəsini tutan Muraz Gülməmmədov GAMA Ali Məclisinin sədri seçilib.
Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) 2001-ci ildən fəaliyyət göstərir və Gürcüstan azərbaycanlılarının (türklərinin) ən böyük ictimai-siyasi təşkilatlarından biridir. GAMA prezidenti vəzifəsini 24 noyabr 2002-ci ildən 14 dekabr 2011-ci ilə qədər Daşqın Gülməmmədov, 14 dekabr 2011-ci ildən isə Süleyman Əlyev tuturdu.
Modern.az