Modern.az

Elçibəyin müayinə və müalicə xərclərini Ərdoğan ödəyib

Elçibəyin müayinə və müalicə xərclərini Ərdoğan ödəyib

Aktual

22 Avqust 2012, 10:55

Modern.az saytına mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlı indiyədək bilinməyən məlumat daxil olub.

Məlum olduğu kimi Əbüləfəz Elçibəy 2000-ci ildə ölümündən əvvəl iki dəfə Türkiyədə tibbi klinikada olub. O, 2000-ci ilin əvvəlində Ankara xəstəxanasında müayinə olunub. O zaman Ankara xəstəxanasındakı müayinə sonucunda Əbülfəz bəyə prostat xərçəngi diaqnozu qoyulub. Həkimlər ona əməliyyat olunmağı məsləhət görsələr də, Elçibəy buna razılıq verməyib.
Ondan sonra Azərbaycana qayıdan Elçibəy bir də 2000-ci ilin ortalarında, vəziyyəti ağırlaşanda  Türkiyəyə aparılıb. Əvvəlcə Ankara xəstəxanasına yerləşdirilib, daha sonra Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb. Əbülfəz Elçibəy ölümünə qədər Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunub, amma bu, səmərə verməyib və eks-prezident dünyasını dəyişib.

Modern.az saytına daxil olan məlumata görə, 2002-ci ilədək Əbülfəz Elçibəyin Ankara və Gülhanə Hərbi Tibb Akademiyasındakı müayinə və müalicə məsrəfləri ödənməmiş qalıbmış. Bu barədə saytımıza adının gizli qalmasını istəyən türkiyəli millət vəkili məlumat verib. Hakim Ədalət və İnkişaf Partiyasında (AKP) təmsil olunan deputatın sözlərinə görə, məsrəflər heç də az deyilmiş və Türkiyə tərəfi bunu Azərbaycandan istəyə bilmirmiş. Əbülfəz Elçibəyin ölümündən sonra isə həmin xərclərin kim tərəfindən ödəniləcəyi də qaranlıq qalıbmış.

Fakt barədə 2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyinə məruzə olunub. O zaman AKP lideri Rəcəb Tayyip Ərdoğan partiyasında təmsil olunan bir iş adamına Əbülfəz Elçibəyin Ankara və Gülhanə Hərbi Tibb Akademiyasındakı müayinə və müalicə məsrəflərini ödəmək barədə tapşırıq verib. Və bununla da problem həllini tapıb.

Modern.az saytı deyilənlərlə bağlı Elçibəyin Türkiyədə müayinə və müalicəsinin təşkilatçıları olmuş silahdaşlarından məsələyə münasibət öyrənməyə çalışacaq.



Şəkildə Elçibəy Türkiyədə toy məclisində. Soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyip Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, Əbülfəz bəy, müğənni Orhan Gencebay...

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı