Modern.az

Deputat Fuad Muradov baş nazirə müraciət edəcək

Deputat Fuad Muradov baş nazirə müraciət edəcək

Aktual

22 Avqust 2012, 16:58

Modern.az-ın məlumatına görə, 29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov rayonun Arif Ismayılov küçəsinda yaşayan sakinlərlə görüşüb. Sakinlərin şikayəti əsasında baş tutan görüşdə millət vəkilinə bildirilib ki, adıçəkilən ünvandakı evlər qəzalı vəziyyətdədir. Millət vəkili vəziyyətlə yerində tanış olub. Həqiqətən də burda evlərin qəzalı vəziyyətdə olduğunun şahidi olub. Bundan sonra millət vəkili Fuad Muradov sakinlərin problemi ilə bağlı baş nazirə müraciət edəcəyini bildirib. Görüş zamanı Fuad Muradov sakinləri narahat edən digər məsələlərlə tanış olub, müvafiq müzakirələr aparılıb.


Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı