““Billur su” adlı suların laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, eləcə də bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliform) olduğu aşkar edilib”.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən
Modern.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, A. İsmayılov küçəsi, 35 ünvanında Nizameddin Yusuf Zergerə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı polietilen qablaşdırmada olan 19 litrlik “Billur su” adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edildiyi, habelə suların etiketində qablaşdırılma tarixinin göstərilmədiyi müəyyən olunub. .
Bununla əlaqədar, su istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən Nizameddin Yusuf Zergerə icrası məcburi göstəriş verilib.
Modern.az