Modern.az

Azərbaycanlı avtoritet Rusiyada öldürüldü

Azərbaycanlı avtoritet Rusiyada öldürüldü

Aktual

6 Sentyabr 2012, 09:57

Rusiyada kriminal aləminin tanınmış simalarıdan olan “Tima” ləqəbli azərbaycanlı avtoritet  Teymur Məmmədov qətlə yetirilib. Modern.az-a daxil olan məlumata görə, uzun illərdir Rusiyada yaşayan, əslən Azərbaycanın Göyçay rayonundan olan T.Məmmədov ötən gün yaşadığı Tula şəhərində evinin önündə naməlum şəxslər tərəfində güllələnərək öldürülüb.

35 yaşında dünyasını dəyişən T.Məmmədovun yaxınlarının bildirdiyinə görə, o, kriminal işlərlə məşğul olduğu üçün Rusiyda bir neçə dəfə məhbəs həyatı yaşayıb. Rusiyada böyük hörmət sahibi olan avtoritetin şəxsi intiriqa zəminində qətlə yetirildiyi ehtimal edilir. Qeyd edək ki, Məmmədovun qardaşı və qardaşı oğlu da ötən il Tula şəhərində güllələnərək qətlə yetiriliblər.

A.RÜSTƏMOV  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı