Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır.Bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini dəfələrlə atəşə tutub.
Atışmalar əsasən Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Mərzili, Cəvahirli, Şıxlar; Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Xocavənd, Goranboy, Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.
Düşmən cavab atəşi ilə susdurulub.
Modern.az