Modern.az

Türkiyədə partlayış: 25 əsgər şəhid oldu

Türkiyədə partlayış: 25 əsgər şəhid oldu

Aktual

6 Sentyabr 2012, 11:13

Türkiyə Silahlı Qüvvələrinə məxsus Afyonkarahisar bölgəsində yerləşən cəbhəxanada baş verən partlayış nəticəsində 25 əsgər şəhid olub, 4 nəfər ağır yaralanıb. Modern.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı açıqlamada partlayışın sentyabrın 5-də yerli vaxtla saat 21.15-də baş verdiyini açıqlayıb. Partlayışın iş qəzası nəticəsində meydana gəldiyi qeyd edilir.

Afyonkarahisar bələdiyyə başçısı Burhanəddin Çoban terror versiyasını istisna edib: “Cəbhəxanada 5 gündür hərbi sursatın sayılması proseduru həyata keçirilirdi. Bu gün proses yekunlaşacaqdı. Bu bölgə çox ciddi mühafizə olunur. Terror olması mümkün deyil”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı