Modern.az

Müdafiə Nazirliyi: “Cəbhədə atışma olub”

Müdafiə Nazirliyi: “Cəbhədə atışma olub”

Aktual

7 Sentyabr 2012, 10:17

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində bir sıra istiqamətlərdə atəşkəs pozulub.

Bildirilib ki, atışmalar əsasən Ermənistanın Noyemberyan rayonunun Voskevan, Berdavan; İcevan rayonunun Azatamut, Berkaber kəndlərində; işğal olunmuş Ağdam rayonunun Şuraabad, Yusifcanlı; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında; Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı