Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü il tədris ili üçün Azərbaycan Respublikasının baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanı keçirir.
TQDK-dən
Modern.az saytına verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1121 nəfər elektron ərizəsini təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri oğlanlardır.
“İmtahan yalnız Bakı şəhərində iki binada-Azərbaycan Tibb Universitetinin bir və dördüncü binalarında, eləcə də Naxçıvan şəhərində bir binada keçirələcək. Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələdə ixtisas fənləri üzrə bilikləri yoxlanacaq. Birinci mərhələnin imtahanı sentyabrın 8-də, ikinci mərhələnin isə sentyabrın 9-da keçiriləcək. Namizədlər öz elektron ərizələrinə daxil olaraq öz imtahana buraxılış vərəqələrini çap etməlidirlər. Hər iki mərhələdə imtahan üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb”.
Mail AĞAXANOV