Cəmiyyətin tanınmış şəxsləri, ictimai-siyasi xadimlərini sosial şəbəkələrdə olması onlarla danışmağı daha ələçatımlı edib. Modern.az bir müddət öncə Facebook sosial şəbəkəsində Milli Məclisin hansı deputatınln fəal olduğu ilə bağlı informasiya vermişdi. İndisə ümumiyyətlə Facebook-da olan deputatların nə qədər dostu olduğu barədə məlumatı çatdırırıq.
Qeyd edək ki, Facebook-da 125 deputatdan yalnız 13-ü var. Onların bəziləri öz səhifələrini yaradıb, bəziləri isə insanlardan onlara göndərilən “dostluq təklifləri”ni qəbul edir.
Deputat Mehriban Əliyevanın yaradılmış səhifəsini 7605 nəfər insan “like” edib. Bununla onlar millət vəkilinin səhifəsində yazılanları asanlıqla oxuya bilir.
Deputat Fuad Muradovun da yaratdığı səhifəni 5289 nəfər bəyənib. Qeyd edək ki, F.Muradov deputatlar arasında Facebook-da ən birinci səhifə yaradanlardandır.
Sabir Rüstəmxanlının da özünəməxsus səhifəsində 1425 “like” yığılıb.
Facebook-da ən aktiv deputatlardan olan Əli Məsimlinin 1568 dostu, 63 abunəçisi var.
Millət vəkilləri Fazil Mustafanın – 758, Qənirə Paşayevanın – 4986 dostu, 4043 abunəçisi, İqbal Ağazadənin – 5447 dostu, Rasim Musabəyovun – 5311 dostu, 2574 abunəçisi, Səməd Seyidovun – 1508 dostu, 539 abunəçisi, Asim Mollazadənin – 5715 dostu var.
Sosial şəbəkədə olan digər deputatlar Ceyhun Osmanlı, Gülər Əhmədova, Zahid Orucu isə öz dost saylarını gizlətdiklərindən onları görmək mümkün olmur.
Aytən Əliyeva