Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev sentyabrın 10-dan 16-dək Fransada səfərdə olacaq. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, deputat əvvəlcə Strasburqda Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak edəcək, sonra isə Parisdə keçiriləcək AŞPA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin iclasına qatılacaq. Komitənin iclasında cari məsələlərlə yanaşı, Gürcüstan və Rusiya arasındakı münaqişədə zərərcəkmiş insanların vəziyyəti, miqrant fəhlələrin məcburi əməyə cəlb olunması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Rövşən Rzayev hər iki tədbirdə müzakirəyə çıxarılan məsələlərə münasibətini bildirəcək.
Anar RÜSTƏMOV