Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına üzv olan ölkələrdən 19-nun ATƏT-dəki daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edir. Bu barədə Modern.az-a ATƏT-in Bakıdakı ofisindən məlumat verilib.
Məlumata görə, səfirlər sentyabrın 10-u və 11-də Bakıda olacaq. Onlar hökumət nümayəndələri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək. Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.
Modern.az