Modern.az

Ağa Laçınlıya torpaq lazımdırmı?!

Ağa Laçınlıya torpaq lazımdırmı?!

Aktual

7 Sentyabr 2012, 13:05

Azərbaycanın görkəmli şairi və ən başlıcası, görkəmli insanı Ağa Laçınlının Badamdarda adına olan torpaq sahəsini zəbt ediblər. Heç vaxt dünya malında gözü olmayıb Ağa Laçınlının. Rəhmətə gedənədək BDU-da rəhbər vəzifələrdə çalışıb. Bir tələbə də deyə bilməz ki, şairə bircə stəkan çay alıb. Universitetdə təmizlik simvolu idi. Ətəyində namaz qılınası kişi idi. Əhmədlinin lap axırındakı mənzilində həyatını başa vurdu.

Ağa Laçınlını torpaq dərdi xəstə saldı və torpaq dərdi öldürdü. Laçının dərdi öldürdü, Qarabağın dərdi öldürdü. Badamdardakı 6 sot torpağın dərdi yox.

O torpağı zəbt edən məmur, sən orda tikib yaşadığın evdə rahatlıq tapa biləcəkmisən? Hə, bax, bu başqa məsələdi.

 

 

Ərk ilə evinə gəlmişəm, ay dost,

 Görürəm, açıqdır qaşın-qabağın.

 Komanı imarət bilmişəm, ay dost,

 Nə gərək utanıb tər axıtmağın.

 

Səndən dünya malı ummayıram mən,

Sanma bəyənmirəm yavan loxmanı,

Doyursan qəlbimi səmimiyyətdən,

Bağrıma basaram kasıb daxmanı.

Bircə onu bilirəm ki, milyonların ürəyini poeziyasının səmimiyyəti ilə doyduran Ağa Laçınlının o kasıb daxması onun torpağını zəbt edən məmurun villasından daha əzəmətli və əbədidi.

 

“Ədalət” qəzeti, 7 sentyabr 2012

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı