Modern.az

NATO-nun baş katibi: “Biz Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırıq”

NATO-nun baş katibi: “Biz Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırıq”

Aktual

7 Sentyabr 2012, 13:49

“NATO yüklərinin öz ərazisindən daşınmasına icazə verməklə, Alyansın Əfqanıstandakı əməliyyatlarında Azərbaycan vacib rol oynayır”. Modern.az-ın məlumatına görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen deyib.

“Siz əfqan təhlükəsizlik qüvvələrinin hazırlanmasına qiymətli maliyyə töhfəsi vermisiniz. Həmin pay hərbi qulluqçuların yola salınmasından az nəzərə çarpır, lakin onlar heç də az əhəmiyyətli deyil. Azərbaycan NATO-nun Əfqanıstan üzrə möhkəm, etibarlı tərəfdaşı olub və olmaqda davam edir”.

Baş katibin sözlərinə görə, Alyans Cənubi Qafqaz regionundakı tərəfdaşları ilə sıx əməkdaşlıq etmək niyyətindədir. “Bizə təhlükəsizliyə və bizim dəyərlərimizə səylərimizi bölüşən tərəfdaşlar lazımdır. Вununla əlaqədar biz Azərbaycanı seçkilər və azad KİV kimi sahələrdə demokratik islahatları davam etdirməyə çağırırıq”, – Rasmussen bildirib.

Onun sözlərinə görə, NATO-Azərbaycan tərəfdaşlığı Bakı üçün unikal təhlükəsizlik forumuna yol açır ki, orada Əfqanıstandakı kimi həyati vacib təhlükəsizlik məsələlərini həll etmək mümkündür. Baş katib onu də əlavə edib ki, regionda gərginlik azalmalı, barışıq və əməkdaşlığa yardım üçün tədbirlər görülməlidir: “Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır və NATO Azərbaycanın mühüm tərəfdaşı qalmaqda davam edəcək. Azərbaycan NATO üçün mühüm tərəfdaşdır və NATO Azərbaycan üçün vacib tərəfdaş qalmaqda davam edir. Biz artıq birlikdə çox şeyə nail olmalıyıq. Bizim daha çox iş görmək imkanımız var”.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı