Modern.az

Nazirlik 800 müəllimi dağlara göndərib

Nazirlik 800 müəllimi dağlara göndərib

Aktual

8 Sentyabr 2012, 10:46

“Bu tədris ili ucqar rayon məktəblərinə 800 müəllim göndərilib”. Bunu Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Şöbə müdirinin sözlərinə görə, ucqar rayonlara göndərilən müəllimlərdən heç biri öz yerindən imtina etməyib.

“Ucqar kəndə göndərilən müəllimlərdən imtina edəni olmayıb. Hətta onların sayı limitdən kənardı. Bütün rayonlara, rayon mərkəzlərinə və şəhərlərə müəllim göndərilib. Gədəbəy, Yardımlı, Lerik, Daşkəsən və s. kimi ucqar rayonlar müəllimlər göndərilən rayonlar sırasındadır”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...