Modern.az

MTN generalı Türkiyədə vəfat edib

MTN generalı Türkiyədə vəfat edib

Aktual

9 Sentyabr 2012, 23:54

Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev dünən İstanbulda xəstəxanada vəfat edib. Bu gün generalın cənazəsi Bakıya gətiriləcək.

Bu barədə Modern.az saytına keçmiş baş prokuror Murad Babayev məlumat verib.

Tofiq Babayev 30 ilə qədər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. Mərhum general həm Namik Abbasov, həm də hazırda nazir olan Eldar Mahmudovun muavini işləyib.

O, mərhum Prezident Heydər Əliyevin fərmanı ilə general-mayor rütbəsi alıb.

Tofiq Babayev əvvəllər Qarabağ üzrə DTK idarəsinin rəisi, DTK-nın Gəncə şəhər idarəsinin rəisi olub.
O, Ağdam rayonunda anadan olub

General bir həftə əvvəl İstanbula müalicə olunmağa gedibmiş. Bundan əvvəl isə Gömruk xəstəxanasında 10 günə qədər müalicə alıb.

T.Babayev qaraciyər xəstəliyindən əziyyət çəkirmiş.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan