Modern.az

Argentinadakı səfirimiz barədə bunları bilirsinizmi?

Argentinadakı səfirimiz barədə bunları bilirsinizmi?

Aktual

10 Sentyabr 2012, 12:56

Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.

Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.
Beləliklə, Azərbaycanın Argentinadakı  səfirini tanıyırsınızmı?
Azərbaycanın Argentinadakı səfiri Məmməd Bahəddin oğlu Əhmədzadə 4 oktyabr  1976-cı ildə  Bakıda anadan olub. 1993-cü  ildə  Bakı  şəhəri  52  saylı  orta  məkt əbi  bitirib. Həmin ildə də  Bakı  Dövl ət  Universitetinin Beynəlxalq  münasibətlər  və   beynəlxalq  hüquq  fakültəsinin   beynəlxalq  münasibətlər ixtisasına daxil olub. 1997-ci ildə  həmin ixtisas üzrə  bakalavr, 2000-ci ildə   isə  magistraturanı fərqlənmə   diplomları ilə  bitirib. 1998-1999-cu illərdə  İtaliyanın Milan şəhərində  "Scuola Superiore Enrico Mattei" Beynəlxalq Araşdırma İnstitutunda (İtaliya) təhsil alaraq, enerji və ətraf mühitin iqtisadiyyatı və idarə edilməsi üzrə  magistr diplomu  alıb.
2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində  dünya təsərrüfatı və   beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə aspirantura  təhsili alıb.
1997-1999-cu  illərdə Azərbaycan Respublikası Dövlət  Neft  Şirkətinin Xarici Sərmayələr İdarəsində aparıcı və baş mütəxəssis, 2000-2003-cü  illərdə  İtaliya  Milli  Xarici  Ticarət İnstitutunun  (İCE)  Bakı  filialında  ölkə  üzrə  koordinator vəzifələrində  çalışıb.
2000-2003-cü  illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər  kafedrasının müəllimi olub. 2003-2007-ci illər  ərzində   Azərbaycan  Respublikasının  İtaliya Respublikasındakı  Səfirliyində attaşe, üçüncü və  ikinci katib vəzifələrində çalışıb.   
2007-2010-cu illərdə  Xarici İşlər Nazirliyində ikinci katib, daha sonra nazirin köməkçisi və   nazirin katibliyinin rəisi vəzifərində  çalışıb. 2009-cu ildə  Azərbaycan Respublikası Diplomatik Xidmətinin 90 illik yubileyi medalı ilə  təltif olunub. Prezidentin 25 may 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2011-ci  ildən  etibarən iqamətgahı  Buenos-Ayres şəhərində olmaqla, Azərbaycan Respublikasının Çili, Uruqvay, Boliviya və  Paraqvayda da fövqəladə və səlahiyytli səfiridir. 
Səfir italyan, ispan, ingilis və  rus dillərini bilir.
Evlidir, iki övladı var.  

Nihadə Eyyubova
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı