Modern.az

Gələn il üçün dövlət büdcəsinin layihəsi hazırlanıb

Gələn il üçün dövlət büdcəsinin layihəsi hazırlanıb

Aktual

12 Sentyabr 2012, 09:18

2013-cü ilin büdcə layihəsi hazırlanır və bu ilin sentyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim olunacaq.

Bunu Modern.az saytına Maliyyə Nazirliyinin mətbaut xidmətinin rəhbəri Mais Piriyev deyib. O, bildirib ki, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim olunur və yalnız bundan sonra büdcə layihəsi ictimaiyyətə açıqlanır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də 2013-cü ilin büdcə layihəsilə bağlı Modern.az-a məlumat verib. Millət vəkili bildirib ki, büdcə sənədi artıq hazırlanıb. Onun sözlərinə görə, büdcə layihəsi əvvəlcə Nazirlər Kabinetinə təqdim olunacaq. Nazirlər Kabinetində müzakirələrdən keçdikdən sonra Prezident Administrasiyasına göndəriləcək. Daha sonra prezidentin imzası ilə Milli Məclisin müzakirəsinə veriləcək.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı